Dortmund “Borussiya”sı Maksimilian Beyeri heyətinə qatmaq istəyir. Niklas Füllkruqun satılmasından, Yussuf Mukokonun icarəyə göndərilməsindən sonra klubun əsas hədəfi odur.

Futbolinfo.az xəbər verir ki, “Hoffenhaym”ın 21 yaşlı hücumçusu da daha iddialı klubda oynamaq istəyir. Klubu transferə razılıq verəcəyi halda transfer reallaşacaq.

“Hoffenhaym” 2027-ci ilin yayınadək müqaviləsi olan futbolçusunu 30 milyon avroya satmağa razıdır. Klubların tezliklə rəsmi danışıqlara başlaması gözlənilir.

Shares: