Misli Premyer Liqasının II turunda “Şamaxı” ilə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda məşqlərini Buzovna qəsəbə stadionunda həyata keçirir.

Gündəlik məşqlərlə bərabər transfer çalışmaları da davam etdirilir. Komanda bu dəfə Slavik Alxasovla anlaşıb. 31 yaşlı cinah müdafiəçisi ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. Artıq “qırmızı-ağlar”ın məşqlərində iştirak edən Alxasov müxtəlif illərdə “Sumqayıt”, “Xəzər Lənkəran”, “Sabah”, “Keşlə”/“Şamaxı”, “Zirə”, “Turan Tovuz” klublarında çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ramon Maçado, Ömər Buludov, Benny, Felipe Santos, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Kuzmanoviçlə müqaviləni yeniləyib.

Shares: