Steven Berqveyn “Ayaks”dan ayrıla bilər. Son günlər bir neçə təklif alan futbolçu Niderlandda yeni mövsümün startınadək qərarını verməlidir.

Futbolinfo.az xəbər verir ki, Surinam əsilli niderlandlıya əsas maraq “Lester”dəndir. İngiltərə Premyer Liqasına qayıdan “tülkülər” cinah hücumçusu üçün 15 milyon avro ödəməyə hazırdır. Klublar yaxınlarda ilk görüşü keçiriblər, amsterdamlıların daha çox pul istəməsinə görə danışıqları davam etdirmək qərara alınıb.

Berqveyn daha öncə İngiltərədə oynayıb. 26 yaşlı futbolçu 2020-ci ilin yanvarında 30 milyon avro qarşılığında PSV-dən “Tottenhem”ə keçmişdi. Lakin ilyarım sonra “Ayaks” 31 milyon avro ödəyərək onu Niderlanda qaytardı və 5 illik müqavilə bağladı.

Shares: