Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Futbolinfo.az xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində David Losonçi (Macarıstan) ilə üz-üzə gəlib.
Hüseynov rəqibinə məğlub olub – 2:5. Losonçi finala çıxsa, təmsilçimiz təsəlliverici görüşə qatılacaq.
Olimpiada avqustun 11-də başa çatacaq.