“Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq”.

Futbolinfo.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Osiyek”lə (Xorvatiya) ilk oyundan öncə keçirilən mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis sabah vacib görüşə çıxacaqlarını bildirib:

“Sabah bizi vacib oyun gözləyir. Rəqib komanda doğma meydanda sərfəli nəticə qazanmağa çalışacaq. Bizdə əlimizdən gələni edəcəyik ki, Bakıya bizə sərf edən hesabla geri qayıdaq. Yaxşı kollektivə qarşı mübarizə aparacağıq. “Osiyek” maraqlı və baxımlı futbol nümayiş etdirir. Onların böyük azarkeş ordusu var. Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq”.

Avqustun 8-də keçiriləcək “Osiyek” – “Zirə” matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.

Shares: