Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını medalsız başa vurub.

Futbolinfo.az xəbər verir ki, 77 kq çəki dərəcəsində yer alan idmançımız üçüncü yer uğrunda görüşdə Qırğızıstandan olan Akjol Mahmudova məğlub olub.

Sülyemanov rəqibinə 5:6 hesabı ilə uduzub.

Azərbaycanın digər yunan-Roma güləşçisi Rafiq Hüseynov da Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub. 87 kq çəki dərəcəsində yer alan idmançımızın 1/8 finalda məğlub olduğu rəqibi – Macarıstan təmsilçisi David Losonç finala vəsiqə qazana bilməyib. Losonçun finala gedən yolda Bolqarıstan güləşçisinə uduzması Rafiqin təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

Olimpiada avqustun 11-də başa çatacaq.

Shares: