“Sabah əlimizdən gələnin ən yaxşısını edəcəyimizə söz veririk”.
Futbolinfo.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Sent Patriks Atletik”lə (İrlandiya) ilk matç öncəsi mətbuat konfransında deyib.
Təcrübəli çalışdırıcı sabah çətin və ağır sınaq qarşısına çıxacaqlarını bildirib:
“Qarşıda bizi çox çətin və ağır oyun gözləyir. Rəqib komanda öz çempionatında 26 oyun keçirib. Azərbaycanda isə Premyer Liqa yeni başlayıb. Sabah əlimizdən gələnin ən yaxşısını edəcəyimizə söz veririk”.
Sabah keçiriləcək “Sent Patriks Atletik” – “Sabah” matçı Bakı vaxtı ilə saat 22:45-da start götürəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.