Azərbaycanı Konfrans Liqasında təmsil edən “Sabah” bu gün 3-cü təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, “Sent Patriks”lə səfərdə qarşılaşacaq Bakı klubu barədə İrlandiya mətbuatı məqalə dərc edib.
Yazıda “Sabah”ın heyətində 10 legioner olduğu xüsusi vurğulanıb. Ən diqqətçəkən məqam isə komandanın və rəhbərliyin məskunlaşdığı yerlə bağlı olub. Futbolçular gecəni dəbdəbəli “Castleknock” hotelində keçirib. Rəhbərlik isə Dublinin ən bahalı otellərindən biri olan “Vestberi”də qalıb. Orada isə ən bahalı otağın qiymətinin 3900 avro olduğu yazılıb.
Qeyd edək ki, “Tallaqt” stadionunda keçiriləcək “Sent Patriks” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.