“Neftçi”nin maraq dairəsində olan “Çernomorets”in futbolçusu Vladimir Salyukun yeni klubu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ölkəsi Ukraynada qalmaq qərarına gəlib.
Bir neçə klubdan təklif alan oyunçu Odessa klubundakı sabiq baş məşqçisi Roman Qriqorçukun çağırışını müsbət cavablandırmayıb. Salyuk “Metallist 1925”lə 4 illik müqavilə imzalayıb. Gənc oyunçunun transfer dəyəri 700 min avroya bərabər göstərilir.
Qeyd edək ki, “Neftçi” yay fasiləsində “Çernomorets”in hücumçusu Andrey Ştoqrini transfer edib.