2021-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Elməddin Sultanov komandandan ayrılıb.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, buna səbəb Səlahət Ağayevin gəlişi olub. Belə ki, ehtiyatda qalmaq istəməyən qapıçı “qırmızı-qaralar”dan ayrılmaq qərarına gəlib. Premyer Liqada heyətə düşə bilməyən qolkiper I Liqada da eyni aqibəti yaşamaqla barışmayıb.

23 yaşlı qapıçı bundan sonra karyerasını digər bölgə təmsilçisi “İmişli”də davam etdirəcək.

Qeyd edək ki, Elməddin daha öncə “Kəpəz”in də heyətində çıxış edib.

GÜNAY SÜLEYMANOVA

Shares: