Çempionlar Liqası və Avropa Liqasında 3-cü təsnifat mərhələsinin dünənki oyunlarından sonra UEFA reytinqi yenilənib.
Futbolinfo.az saytı xəbər verir ki, baş tutan matçlar Azərbaycanın mövqeyinə də təsir edib.
Belə ki, 18,375 əmsala malik Azərbaycan bir pillə geriləyərək, 24-cü yerə düşüb. Eyni xala malik Slovakiya 23-cü pilləyə yüksəlib. Cari mövsümdə toplanan xal sayı isə 1,625-dir.
Azərbaycanla yanaşı, Türkiyə, Yunanıstan, Rusiya, Kipr, Farer adaları, Latviya və Finlandiya da geriləyib. Əvəzində Çexiya, Danimarka, Slovakiya, İsveç və Ermənistanda irəliləyiş müşahidə edilib.
Qeyd edək ki, UEFA reytinqinə 89,160 əmsala malik İngiltərə başçılıq edir.