“Xırdalan” basketbol klubu baş məşqçi Uğur Özdəmirlə yollarını ayırıb. Ötən mövsüm pley-offa vəsiqə qazanan Bakı təmsilçisi, təcrübəli mütəxəssislə müqaviləni yeniləməyib.
Özdemir futbolinfo.az saytına açıqlamasında klub rəhbərliyinin heç bir səbəb göstərmədən onunla vidalaşdığını bildirib: “Mən “Xırdalan”la davam etmək istəyirdim, amma onların seçimi başqa idi. Heç bir səbəb göstərilmədən mənmlə yola davam etməyəcəklərini bildirdilər. Bu hekayə yarımçıq qaldı. Mən yenə orada olmaq istəyirəm. Azərbaycanda çox gözəl insanlarla tanış olmuşam. Bu gün bunu daha da yaxşı anladım. Çox isti bir xəbər olduğu üçün hansı klubla davam edəcəyimi bilmirəm. Amma ola bilsin ki, bundan sonra karyeramı Türkiyə və ya başqa ölkələrdə davam etdirim”.
Qeyd edək ki, Uğur Özdəmir 2022-ci ildən “Xırdalan”a rəhbərlik edirdi.
GÜNAY SÜLEYMANOVA