İtaliya futbolunun son 16 ildə itkisi 16 milyard, pandemiya dönəmində 3,5 milyard avro təşkil edib.
FIGC İtaliya futbolunun maliyyə vəziyyəti ilə bağlı hesabat təqdim edib. “Calcio e Finanza”nın İtaliya Futbol Federasiyasına istinadən verdiyi məlumata görə, son 16 ildə İtaliya futboluna 8,5 milyard avrodan çox zərər dəyib.
2019/20, 2020/21 və 2021/22 mövsümlərinə təsir edən koronavirus pandemiyası zamanı itki 3,6 milyard avro təşkil edib. Bu müddət ərzində orta hesabla gündə 3,3 milyon avro itki olub. Onu da əlavə edək ki, İtaliya futbolunda xərclər gəlirdən daha sürətlə artır.
Ümumi borc 2007-2019-cu illər arasında 2,4 milyard avrodan 4,8 milyard avroya yüksəlib və 2022/23 mövsümünün sonunda 5,7 milyard avro təşkil edib, xalis kapital isə 644 milyon avrodan 344 milyon avroya qədər azalıb. Bir futbol klubunun orta hesabla yatırdığı hər 100 avronun yalnız 5%-i öz kapitalından, qalan 95%-i isə kənar borcdan edilir.
İstehsal həcmi 2023-cü ilə qədər rekord həddə – 4,3 milyard avroya çatıb, bu rəqəm xərclərdən daha sürətlə artır. Bu tendensiya sayəsində ümumi itki demək olar ki, 37% azalıb. Televiziya gəlirləri də daxil olmaqla, bütün əsas kateqoriyalar üzrə gəlirlərdə, eləcə də kommersiya aktivlərinin dəyərində artım olub.