Polşalı hakimlər davranışlarına görə cəzalandırılıblar.
Xatırladaq ki, Bartoş Frankovski və Tomaş Musyal sərxoş halda yol nişanını oğurlamışdılar. Bundan sonra onları ayıltma məntəqəsinə aparmışdılar. Bu hadisəyə görə, Frankovski və Musyal Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Dinamo” (Kiyev) – “Reyncers” matçında VAR hakimi kimi işləməkdən kənarlaşdırılmışdılar.
Polşa Futbol Assosiasiyası hakimləri 90 gün müddətinə kənarlaşdırmaq qərarına gəlib. Bu qərar qalmaqallı vəziyyəti tam araşdırma müddəti üçün verilib. İttihamlar təsdiqlənərsə, Frankovski və Musyalla müqavilələrə birdəfəlik xitam veriləcək.