İspaniyalı tennisçi Rafael Nadalın 2005-ci ildə “Rolan Qarros”da çempion olduğu zaman geyindiyi köynək hərracda 100 min dollardan çox qiymətə satılıb.
2005-ci ildə Nadal turnirdə debüt edərək ilk “Rolan Qarros” titulunu qazanmışdı. Həmin il o, “Nike” firmasının qolsuz yaşıl köynəyi ilə yenilik etmişdi. Bu cür köynək tennis moda tarixində ən yaddaqalan geyimlərdən biri olmuşdu.
Həmin forma iyulun 17-də “Prestige Memorabilia”da hərraca çıxarılmışdı və bu yaxınlarda 113,924 dollara satılıb. Qeyd edək ki, belə bir qiymət tennis forması üçün rekord qiymətdir.