“Atalanta” İspaniya olimpiya yığmasının müdafiəçisini almaq istəyir.

İnsayder Fabrizio Romanonun sözlərinə görə, berqamolular Mark Pubilin transferi ilə bağlı danışıqlara başlayıb. “Almeriya” klubu bonuslar da daxil olmaqla təxminən 20 milyon avro, həmçinin oyunçunun sonradan satılacağı məbləğin 15%-ni istəyir.

Klublar məhz bu şərtlərlə artıq razılaşıb. Hazırda İtaliya komandası futbolçunun özü ilə şəxsi müqavilə ilə bağlı məsələləri həll etməyə çalışır.

Qeyd edək ki, Pubil ötən mövsüm La Liqada 23 oyun keçirib və 3 məhsuldar ötürmə edib.

Shares: