Üzgüçülük üzrə 23 qat olimpiya çempionu amerikalı Maykl Felps Paris Olimpiadasında ABŞ-nin kişilərdən ibarət komandasının nəticələrini şərh edib.
“Ümumilikdə komandamızın nəticələrini görmək məni çox məyus etdi… Ümid edirəm ki, 2028-ci ildə belə olmayacaq. Üzgüçülərimiz daha yaxşı nəticələr göstərəcəklər. Vaxtilə mənim də etməyə çalışdığım şeylər qeyri-mümkün görünürdü. Amma bunların real olduğunu hamı gördü”, – deyə Felps “USA Today” nəşrinə müsahibəsində bildirib.
Ümumilikdə 2024-cü ildə Parisdə keçirilən olimpiya oyunlarında ABŞ komandası üzgüçülük üzrə 28 medal qazanıb. Bunlardan 8-i qızıl, 13-ü gümüş və 7-si bürüncdür. Kişilərdən ibarət komandanın hesabında 9 medal – 2 qızıl, 4 gümüş və 3 bürünc – var, fərdi yarışda isə amerikalı üzgüçülər yalnız bir qızıl qazanıb.