Olimpiya Oyunlarında otüstü hokkey üzrə Avstraliya komandasının üzvü Tomas Kreyq narkotik aldıqdan sonra Paris polisi tərəfindən saxlanmasına münasibət bildirib.

“Əvvəla, son 24 saat ərzində baş verənlərə görə üzr istəmək istərdim. Mən böyük səhv etmişəm. Öz hərəkətlərimə görə tam məsuliyyət daşıyıram. Hərəkətlərim mənə məxsusdur və heç bir şəkildə ailəmin, komanda yoldaşlarımın, dostlarımın, təmsil olunduğum idmanın və ya Avstraliya olimpiya komandasının dəyərlərini əks etdirmir. Hamınızı pis vəziyyətə salmışam. Buna görə də hər kəsdən səmimi qəlbdən üzr istəyirəm”, – deyə BBC-yə açıqlaması zamanı bildirib.

Xatırladaq ki, Avstraliyanın otüstü hokkey üzrə olimpiya komandasının oyunçusu Tomas Kreyq Parisdə kokain almaq istərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Shares: