AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 1-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Araz-Naxçıvan-2” – “Qarabağ-2” oyununun 68-ci dəqiqəsində “Qarabağ-2” komandasının 48 nömrəli futbolçusu Ayaz Mikayılov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qarabağ-2” komandası 50 manat cərimə edilib.

“Neftçi-2” – “Turan Tovuz-2” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Neftçi-2” komandası 50 manat cərimə edilib.

“Neftçi-2” – “Turan Tovuz-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilib.

“Neftçi-2” – “Turan Tovuz-2” oyununun 58-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının 27 nömrəli futbolçusu Murad Dadaşev təcavüzkar davranışa (rəqibə əl-qol atdığına) görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Turan Tovuz-2” komandası 200 manat cərimə edilib.

“Neftçi-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilib.

“Şamaxı-2” – “Sabah-2” oyununda “Sabah-2” komandası matçöncəsi protokolu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Sabah-2” komandası 100 manat cərimə edilib.

“Zirə-2” – “Səbail-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilib.

“Zirə-2” – “Səbail-2” oyununun 51-ci dəqiqəsində “Səbail-2” komandasının 84 nömrəli futbolçusu Teymur Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Səbail-2” komandası 50 manat cərimə edilib.

“Zirə-2” – “Səbail-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Zirə-2” komandası 80 manat cərimə edilib.

Shares: