Formula 1-in rəhbəri Stefano Domenikalinin bildirdiyinə görə, FİA Ruandadakı qran-pri layihəsini müzakirə edəcək.

Afrika ölkəsinin nümayəndələri artıq Monako mərhələsində FIA ilə görüşüblər. Sentyabrda müzakirələrin davam edəcəyi planlaşdırılır.

Xatırladaq ki, FIA bu ilin mükafatlandırma mərasimini mövsümün sonunda Ruandada keçirəcək.

“Onlar yaxşı plan təqdim ediblər və sentyabrın sonuna planlaşdırılan görüşümüz var. Bu, stasionar dövrə üzrə yarış olmalıdır. Biz Afrikaya gəlmək istəyirik, lakin düzgün investisiya və strateji plan lazımdır. Biz bu ölkədə, bu bölgədə, bu qitədə xoş qarşılanmaq istəyirik. Buna görə də çox diqqətlə hərəkət etməliyik.

Yaxın müddətdə Formula 1 təqvimində böyük dəyişiklik görmürəm, lakin yaxın bir neçə ayda 2026, 2027, 2028-ci illərdə nə baş verəcəyini müzakirə etməliyik. Müxtəlif variantlar var”, – deyə menecer bildirib.

Shares: