“Osiyek”in xeyli sayda gənc oyunçusu və yeni məşqçisi var. Demək olar ki, yeni qurulmuş komandadır”. Bunu futbolinfo.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Nikola Yurçeviç deyib.

Xorvat mütəxəssis bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində baş tutacaq “Osiyek” (Xorvatiya) – “Zirə” matçından danışıb: “Yayda bir çox oyunçu klubu tərk etdi. Onların yeni stadionları da var. Görünən odur ki, “Osiyek” ən yaxşı futbolçusunu satacaq. Bu, argentinalı Ramon Mierezdir. Onun Birləşmiş Ərəb Əmirliklərinin “Əl Cəzirə” klubuna gedəcəyi gözlənilir. Əgər oynasa, “Zirə” üçün daha çətin olacaq. Amma düşünürəm ki, o, meydanda olmayacaq”.

Yurçeviç “Zirə” haqqında da fikirlərini bildirib: “Zirə” yaxşı komandadır. Düzdür, “Osiyek”i az da olsa, favorit saymaq olar. Amma Mierezsiz onlar hücumda o qədər də keyfiyyətli deyillər. Düzdür, futbolda hər şeyi görə bilərik. Məsələn, “Sabah” göstərdi ki, güclü və bahalı komandaya qalib gəlmək olar. Xorvatlar daha yaxşıdır, amma “Zirə”nin də şansı az deyil. Azərbaycan təmsilçisi kompakt müdafiə olunub sürətli hücumlara çıxmalıdır”.

Shares: