“Nəticəyə görə çox üzgünəm” – bunu futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Karlos Jatoba deyib.

İtaliyalı futbolçu Misli Premyer Liqasının ilk turunda “Qarabağ”a 1:4 hesablı məğlubiyyətdən danışıb: “Böyük hesabla uduzduq, amma nəzərə alaq ki, biz Azərbaycanın ən yaxşı komandası ilə üz-üzə gəldik. Onların gücü hər kəsə bəllidir. Bəzi səhvlərimizə baxmayaraq, bu cür rəqibə qarşı yaxşı oynadıq. Deyərdim ki, meydanda cəsarətli görünürdük”.

Jatoba Azərbaycan çempionatında oynamaqdan məmnun olduğunu bildirib: “Çox şadam ki, buradayam. Düşünürəm ki, özüm üçün yaxşı şeylər edəcəm. Azərbaycanda uğurlarım olacaq. Burada inkişaf edib komandama kömək etmək niyyətindəyəm”.

Shares: