Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, bu gün daha 11 oyun baş tutub.
Türkiyə təmsilçisi “Trabzonspor” evdə Vyana “Rapid”inə uduzub.
“Ayaks” isə “Panatinaikos”la səfər matçından qalib ayrılıb.
Bu mərhələnin cavab görüşləri avqustun 15-də keçiriləcək.
Avropa Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
8 avqust
“Klaksvik” (Farer adaları) – “Borats” (Bosniya və Herseqovina) 2:1
“Molde” (Norveç) – “Serkl Brügge” (Belçika) 3:0
“Trabzonspor” (Türkiyə) – “Rapid” (Vyana, Avstriya) 0:1
“Krivbass” (Ukrayna) – “Viktoriya” (Plzen, Çexiya) 1:2
“Panatinaikos” (Yunanıstan) – “Ayaks” (Niderland) 0:1
“Partizan” (Serbiya) – “Luqano” (İsveçrə) 0:1
“Riyeka” (Xorvatiya) – “Elfsborq” (İsveç) 1:1
“Santa Koloma” (Andorra) – RFS (Latviya) 0:2
“Çelye” (Sloveniya) – “Şemrok Rovers” (İrlandiya) 1:0
“Dinamo” (Minsk, Belarus) – “Linkoln” (Cəbəllüttariq) 2:0
“Braqa” (Portuqaliya) – “Servett” (İsveçrə) 0:0