“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Ludoqorets” bir futbolçusu ilə yollarını ayırır.

Futbolinfo.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, müdafiəçi Noa Sonko karyerasını Türkiyədə davam etdirəcək.

Qambiya millisinin üzvü “Sivasspor”la anlaşıb. Artıq Türkiyəyə yollanan 28 yaşlı arxa xətt oyunçusu Superliqa təmsilçisində tibbi müayinədən keçib. Tezliklə onun keçidi rəsmən açıqlanacaq. Sonko məhz transfer danışıqlarına görə, “Qarabağ”la Bakıdakı ilk görüşdə iştirak etməmişdi.

Qeyd edək ki, “Qarabağ”la “Ludoqorets” arasında cavab oyunu avqustun 13-də Razqradda keçiriləcək. Bakıdakı ilk qarşılaşmada bolqarlar 2:1 hesablı qələbə qazanıb.

Shares: