Braziliyalı futbolçu Yqor Noqueyra karyerasını Azərbaycanda davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə Portuqaliyanın “record.pt” mətbuatı məlumat yayıb.
Bildirilib ki, “Çaves” klubunun mərkəz müdafiəçisi Azərbaycan Premyer Liqasından bir klubla anlaşıb. 29 yaşlı oyunçu artıq Portuqaliya komandasının son məşqinə də qatılmayıb.
Onun gedişi “Çaves”in xeyrinə hesab olunur. Çünki Noqueyra komandada ən yüksək ödənişli futbolçulardan biridir. Müdafiəçinin ayrılması ilə maaş büdcəsi də qaydasına düşəcək.
Noqueyranın Azərbaycan klubuna transferinin gün ərzində açıqlanması gözlənilir. Komandanın adı açıqlanmasa da, bunun “Sabah” olduğu güman edilir.
Qeyd edək ki, Yqor Noqueyranın “Çaves”lə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.