“Sabah”ın baş məşqçi Krunoslav Renduliç Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Sent Patriks”ə məğlubiyyəti (0:1) şərh edib.
İrlandiyadakı matçdan sonra təşkil edilən mətbuat konfransında xorvat mütəxəssis əvvəlcə rəqibi qələbə münasibəti ilə təbrik edib: “İlk 10-12 dəqiqədə topa nəzarət edirdik. Sonra lazımsız səhvlər etdik. Vaxtında, tez qərar verə bilmədik. İkinci hissə başladıqdan 5-6 dəqiqə sonra azlıqda qaldıq. Bütün bunlara baxmayaraq, nəticə bizim üçün yaxşıdır. Biz sadəcə ilk 90 dəqiqəni 0:1 hesabı ilə uduzduq. Hələ heç nə həll olunmayıb”.
Qeyd edək ki, “Sabah”la “Sent Patriks” arasında cavab matçı avqustun 15-də Bakıda keçiriləcək.