UEFA Avropa Liqası və Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları geridə qalıb.
Futbolinfo.az xəbər verir ki, baş tutan matçlardan sonra ölkələrin UEFA reytinqi açıqlanıb.
Azərbaycanın Konfrans Liqasındakı təmsilçilərindən “Sabah” ötən gün “Sent Patriks”ə (0:1) məğlub olsa da, “Zirə” səfərdə “Osiyek”lə bərabərə qalaraq (1:1) ölkə reytinqinə daha 0,125 xal qazandırıb. Bununla son 5 ildəki əmsalımız 18,500-ə yüksəlib. Bununla 24-cü pillədə qərarlaşan Azərbaycan özündən irəlidəki Slovakiyadan cəmi 0,250 xal az toplayıb.
Son matçların ardından Çexiya, Danimarka, Xorvatiya, İsveç, Bolqarıstan, Sloveniya, Latviya, Ermənistan, Qazaxıstan və Belarus irəliləyiblər. Əvəzində Türkiyə, Yunanıstan, Ukrayna, Kipr, Rusiya, Moldova, İslandiya, Farer adaları, Finlandiya, Bosniya və Herseqovina, eləcə də Andorrada geriləmə müşahidə edilib.
UEFA reytinqinə 89,160 əmsalla İngiltərə başçılıq edir.