Ötən mövsüm bitən kimi “Araz-Naxçıvan”la yollarını ayıran Orxan Əliyev hələ də klubsuzdur. Komandasının bombardiri olmuş hücumçunun harada qərarlaşacağı bilinmir.
Orxan bəzi təkliflərinin olduğunu futbolinfo.az saytına açıqlamasında deyib: “Hazırda bir neçə həm yerli, həm də xarici klubla danışıqlar gedir. Amma hələ ki, dəqiq heç nə yoxdur. Yaxın günlərdə dəqiq cavabı mənə bildirəcəklər”.
Əliyevin I Liqada oynamaq niyyəti yoxdur. Lakin Türkiyə klublarına keçid baş tutmasa, güman ki, o, buna məcbur olacaq.