Amerikalı sprinter Noa Layls Olimpiadada mübarizəni başa vurduğunu açıqlayıb.
Layls 100 metrdə qızıl, 200 metrdə isə bürünc qazanıb. Bundan sonra o, koronavirusa yoluxduğunu bəyan edib.
“İlk növbədə, Olimpiadada iştiraka kömək etdiyi üçün Allaha təşəkkür etmək istəyirəm!
İkincisi, Letsile Tebogo, Kennet Bednarek və başqalarını 200 metr məsafəyə möhtəşəm olimpiya finalı münasibətilə təbrik etmək istəyirəm.
Son olaraq hər kəsə dəstəyə görə təşəkkürümü bildirirəm.
Hər şey arzuladığım kimi olmasa da, bu Olimpiada mənə çox sevinc bəxş etdi.
Ümid edirəm ki, hər kəs yarışlardan zövq aldı. Növbəti dəfə görüşənədək”, – deyə Layls sosial şəbəkədə yazıb.