Novak Cokoviç avqustun 12-dən 19-dək Tsinsinnatidə keçiriləcək “Masters” yarışında iştirakdan imtina edib.
Serbiyalı tennisçi turnirin son çempiondur. Buna görə də o, turniri buraxdığı üçün 1000 xal itirəcək. Belə olan halda Novak dünya sıralamasında bir pillə aşağı enə bilər.
Xatırladaq ki, bu il Cokoviç yalnız bir turnirdə – Olimpiadada çempion ola bilib.