“Çelsi”nin və PSJ-nin keçmiş baş məşqçisi Maurisio Poçettino ABŞ millisinı çalışdıra bilər. “Atletik” nəşrinin məlumatına görə, argentinalı mütəxəssis vakant yerə əsas namizəddir.

Poçettino ötən mövsümün sonunda “Çelsi”ni tərk edib. O, daha əvvəl PSJ, “Tottenhem”, “Sauthempton” və “Espanyol” klublarını da çalışdırıb.

ABŞ futbol federasiyasının hazırkı idman direktoru Matt Kroker əvvəllər Poçettino ilə “Sauthempton”da çalışıb. Həmin vaxt o, klubun akademiyasına rəhbərlik edirdi.

Qreq Berhalterin 2024-cü ildə Amerika Kubokunda uğursuz çıxışın ardınca istefasından sonra ABŞ komandası baş məşqçisiz qalıb. O, 2018-ci ilin dekabrından 2022-ci ilin dekabrına və 2023-cü ilin iyunundan 2024-cü ilin iyuluna qədər ABŞ komandasının baş məşqçisi olub.

Shares: