UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Ludoqorets”in (Bolqarıstan) futbolçusu Noa Sonko Sundberq 2024/2025 mövsümünün sonuna qədər Türkiyə Super Liqasında çıxış edəcək.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçi icarə əsasında qardaş ölkə təmsilçisi “Sivasspor”a keçib.
Sivas təmsilçisi onu satınalma şərti ilə icarəyə götürüb.
Qambiya millisinin üzvü ötən mövsüm “Ludoqortets”in heyətində 36 matçda meydana çıxıb və 2 qol vurub.