Ötən mövsümü “Turan Tovuz”un heyətində keçirən Slavik Alxasov “Araz-Naxçıvan”la müqavilə bağladı. Cinah müdafiəçisi mövsümün sonuna qədər muxtar respublika təmsilçsinn formasını geyəcək.

Slavik futbolinfo.az saytına açıqlamasında başqa təkliflərinin də olduğunu bildirib: “Başqa təkliflərim olsa da, heç biri konkret deyildi. Həmin ərəfədə “Araz-Naxçıvan” rəhbərliyi məni komandaya dəvət etdi və təklifi qəbul etdim. Qarşımızda hədəflərimiz var. Bacardığımız qədər maksimum xal toplayaraq, turnir cədvəlində ön sıralarda olmaq istəyirik”.

GÜNAY SÜLEYMANOVA

Shares: