Kamerunlu, fransız və amerikalı 30 yaşlı basketbolçu Joel Embiid 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya oyunlarında ABŞ komandasının deyil, başqa miliinin şərəfini qoruya bilər.

Bu barədə ABŞ-də kifayət qədər tanınmış insayder Ron Krojçik məlumat verib.

“Bu, yaxşı təcrübə idi. Həftələrlə evdən və ailədən ayrı qalmaq çətin idi. Ancaq biz komanda kimi bir qrup oğlan olaraq bunu asanlaşdıra bildik. Paris böyük şəhərdir və növbəti stansiya Los-Ancelesdir. Bəlkə də, növbəti çıxışım ABŞ komandası ilə yox, Kamerunla olacaq”, – deyə X sosial şəbəkəsində Ron Krojçik Embiiddən sitat gətirib.

Embiid daha əvvəl Fransa millisində oynamaq istədiyini bildirmişdi, buna görə də ölkə hökuməti 2022-ci ilin iyulunda ona vətəndaşlıq da vermişdi. Lakin elə həmin ilin sentyabrında Joel ABŞ vətəndaşlığını alaraq orada oynamaq qərarını qəbul etdi.

Shares: