2022-ci ilin dünya çempionu 32 yaşlı efiopiyalı atlet Tamirat Tola marafonda Olimpiya çempionu olub.

Parisdə o, 42 km 195 m məsafəni 2 saat 6 dəqiqə 26 saniyəyə qət edib və bununla da yeni olimpiya rekordu müəyyənləşdirib.

Qeyd edək ki, bu məsafədə ikiqat Olimpiya çempionu (2016,2020) keniyalı 39 yaşlı Eliud Kipçoqe start götürsə də, 31-ci kilometrdə yarışı tərk edib. 30 km məsafədə Eliud liderdən səkkiz dəqiqədən çox geridə qalırdı.

Atletika. Olimpiada 2024, Paris. Marafon, 42 km 195 m.

  1. Tamirat Tola (Efiopiya) – 2:06.26.
  2. Bəşir Abdi (Belçika) – 2:06,47.
  3. Benson Kipruto (Keniya) – 2:07.00.
  4. Kişilər arasında marafonda əvvəlki Olimpiya rekordu keniyalı Samuel Vanciruya (2:06,32) məxsus idi. O bu nailiyyətə 2008 oyunlarında müvəffəq olub.
Shares: