İspaniyanın futbol üzrə əsas milli komandasının baş məşqçisi Luis De La Fuente ölkəsinin Olimpiadada çempion olmasına münasibət bildirib.
“Biz bu il nə əldə etdiyimizi dərk etmirik və ispan futbolunu kifayət qədər qiymətləndirmirik. Gəlin, öz qərəzlərimizdən xilas olaq. Bu nailiyyətə, demək olar ki, heç bir komanda buna çata bilməz.
Gəlin, qazandıqlarımıza önəm verək. Bu, tarixi bir axşamdır. Biz Olimpiya oyunlarının və İspaniya idmanının tarixinə düşəcək bir şey gördük”, – deyə mütəxəssis ESPN-ə müsahibəsində bildirib.
Xatırladaq ki, dünən keçirilən final qarşılaşmasında İspaniya millisi ev sahibi Fransanı əlafvə hissədə 5:3 hesabı ilə məğlub edərək Olimpia çempionu olub.