Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında medal qazanmaq şansını itirib.
Futbolinfo.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan idmançının 1/4 finalda məğlub olduğu Macarıstan təmsilçisi İsmail Muszukayev finala vəsiqə qazana bilməyib.
O, yarımfinalda iranlı Rahman Amuzadxaliliyə 0:10 hesabı ilə məğlub olub.
Nəticədə H.Əliyev də medal şansından məhrum olub.
Olimpiada avqustun 11-də başa çatacaq.