“Mançester Siti” penaltilər seriyasında “Mançester Yunayted”i məğlub edərək İngiltərə super kubokunun qalibi olub.
Futbolinfo.az xəbər verir ki, hesabı 82-ci dəqiqədə “Mançester Yunayted”in futbolçusu Alexandro Qarnaço açıb.
Matçın 89-cu dəqiqəsində Bernardo Silva hesabı bərabərləşdirib.
Penaltilər seriyası 7:6 hesabı ilə şəhərlilərin xeyrinə başa çatıb.
Bununla da, “Mançester Siti” super kubokun qalibi olub.