Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal uğrunda mübarizə aparıb.
Futbolinfo.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib.
Görüş təmsilçimizin 9:3 qələbəsi ilə yekunlaşıb. Bununla da Meşvildişvili ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb.
Olimpiada avqustun 11-də başa çatacaq.