Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimindəki bayraqdarları bəlli olub.

Futbolinfo.az xəbər verir ki, bu vəzifəni taekvondoçu Qaşım Maqomedov və bədii gimnast Zeynəb Hümmətova yerinə yetirəcəklər.

Maqomedov Olimpiadada gümüş medal qazanıb, Zeynəb Hümmətova isə qrup hərəkətləri komandasının heyətində beşinci yeri tutub.

Xatırladaq ki, açılış mərasimində bayrağımızı Məhəmməd Abdullayev (boks) və Gültac Məmmədəliyeva (cüdo) dalğalandırıblar.

Shares: