“Sumqayıt” ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində səfərdə “Turan Tovuz”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:
“İkinci hissədə qol vurmaq üçün çox əziyyət çəkdik. Təəssüf ki, oyun alınmadı. Buradan xalsız dönürük. Bəzi futbolçular yaxşı oyun keçirdilər. Oyunda yaxşı dinamika var idi. Futbolçuların basqıya reaksiya verməsi məni qane etdi. Onlara təşəkkür edirəm. Nəticəyə görə çox üzülürlər. Birinci hissədə bir-iki nəfərin zənciri qırması rəqibin üstünlüyünə çevrilirdi. Belə şeylər də olacaq. Bu da bir təcrübədir. İkinci hissədə oyun tam nəzarətimiz altında keçdi. Çempionat yeni başlayıb. Ümid edirik ki, hər şey yaxşı olacaq.
Transfer yoxdursa, belə davam edəcəyik. Transfer olmayacaq deyə məqsədimizdən dönməyəcəyik. Bir oyunda məğlub olmuşuq. Bu gün üçün çox möhkəm komandayıq.
Bu gün hücum xəttində çox şey alınmırdı. Hücumameyilli oyunçulara irad bildirə bilmərəm. İlk hissədə cinah müdafiəçilərimiz aktiv deyildi. İkinci hissədə isə rəqib qapanandan sonra bizim üçün çətin oldu”.