Türkiyə 1-ci Liqasında yenicə start götürən 2024-2025 mövsümünün ən dəyərli futbolçuları açıqlanıb.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da siyahıya düşüb.

“Ankaragücü”nün yeni transferi 1,8 milyon avroluq qiymətlə 1-ci Liqanın ən dəyərli 4-cü futbolçusu olub. Ümumiyyətlə, ilk “10-luq”da “Ankaragücü”nün 6 üzvü yer alıb. Siyahının ilk iki pilləsində də paytaxt təmsilçisinin üzvləri Olimpiu Morutan və Efkan Bekiroğlu qərarlaşıblar. Onlar müvafiq olaraq 3 və 2,2 milyon avro dəyərindədirlər.

Renat Dadaşovu qabaqlayan digər oyunçu isə “Amedspor”lu Adama Traoredir (2 milyon).

Qeyd edək ki, Renat Dadaşov bir neçə gün əvvəl “Ankaragücü” ilə 2 illik müqavilə imzalayıb. O, dünən debüt oyununda qol vurmaqla dəyərini göstərdi.

Shares: