“Osiyek”in qapıçısı Marko Malenika Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Zirə” ilə keçirilən oyunu dəyərləndirib.
Futbolinfo.az saytı xəbər verir ki, 30 yaşlı qolkiper son dəqiqələrdəki səhvin onlara baha başa gəldiyini və nəticədə matçın 1:1 hesabı ilə yekunlaşdığını bildirib.
Xorvatiyalı futbolçu yenə də cavab görüşünə ümidlə baxır: “Zirə” ilə oyunun əlavə edilmiş dəqiqələrində buraxdığımız qol bizi sarsıtdı. Yaxşı oyun keçirdik, amma bir fərdi səhv penalti və buraxılan qolla nəticələndi. Bununla belə, qarşıda mərhələ adlaya biləcəyimiz cavab qarşılaşması var. Müdafiədən yaxşı şəkildə çıxa bilir, rəqibin şans yaratmasına imkan vermirik. Amma əvəzini baha ödədiyimiz səhvdən qol buraxırıq. Bu, qarşıdakı görüşlərdə təkrarlanmamalıdır. Müsbət nəticə əldə etmək üçün əlimizdən gələni etməliyik”.
Qeyd edək ki, “Zirə” – “Osiyek” oyunu avqustun 15-də keçiriləcək.