“Kəpəz” “Sumqayıt”ın ardından bu dəfə də “Qarabağ”a məğlub oldu. Yeni mövsümdə qol vura bilməyən yeganə komanda olan Gəncə təmsilçisi sonuncu pillədədir.

Komandanın kapitanı Yeqor Xvalko da zəif oynadıqlarını düşünür. O, futbolinfo.az saytına açıqlamasında bunları deyib: “Təəssüf ki, yenə məğlub olduq. Bu mövsüm hər iki matçda zəif oynamışıq. Hər dəfə “yeni komandayıq və zamana ehtiyacımız var” sözünü təkrarlamaq istəməsəm də bu, reallıqdır. Düşünürəm ki, idman aqressiyasının xarakteri yoxdur və ən əsası meydanda bir növ mənalı hərəkətlərdir. Hər birimiz təkmilləşməliyik və hər birimiz məsuliyyət daşımalıyıq. Bu mövsüm üçün vəzifəmiz Premyer Liqada qalmaqdır. Yəqin ki, bu vəziyyətdə daha nəyəsə arxalanmaq çətindir”.

2 oyuna 5 top buraxan gəncəlilərin növbəti rəqibi 4 xalla qapısını toxunulmaz saxlayan “Turan Tovuz” olacaq. İlk iki matçını səfərdə keçiən “Kəpəz” öz stadionu təmirə bağlandığından oyunlarını Tovuzda keçirir. Deməli, komanda yenə əsl ev sahibi olmayacaq.

GÜNAY SÜLEYMANOVA

Shares: