“Barselona” Ansu Fati ilə yolları ayıracaq. Kataloniya təmsilçisi İspaniya millisinin hücumçusuna güvənmir.

Klubun idman direktoru Deku futbolçunun agenti Xorxe Mendesə oyunçu üçün yeni klub axtarmalı olacaqlarını bildirib. Çünki məşqçilər onun durumundan məmnun deyill.

Müqaviləsinə bir milyard avroluq sərbəstqalma maddəsi salınan futbolçunun indiki qoyməti 25-30 milyon avrodur. Amma hətta bu məbləği də kimsə vemək istəmir.

Ötən mövsüm Fati “Brayton”da icarə əsasında oynayıb. İspaniyalı forvard 30 oyunda 4 qol vurub, 1 qolun ötürməsini verib. İndi onun eyni qayda ilə yenidən hansısa komandaya göndərilməsi gözlənilir.

Shares: