“Mövsümə əla başladıq”. Bunu Türkiyənin “Ankaragücü” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi instaqram hesabında yazıb.

I Liqanın ilk turunda “Şanlıurfaspor”la matçda fərqlənən 25 yaşlı hücumçu dəstək üçün azarkeşlərə təşəkkür edib: “Biz çalışmağa davam edəcəyik”.

Qeyd edək ki, qarşılaşma “Ankaragücü”nün qələbəsi ilə bitib – 2:0. 67-ci dəqiqədə oyuna daxil olan forvard 76-cı dəqiqədə komandasının ikinci qoluna imza atıb.

Renat Dadaşov avqustun 8-də paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Shares: