Misli Premyer Liqasının 2-ci turunun oyunlarını ümumilikdə 9650 azarkeş izləyib. Bu, Peşəkar Futbol Liqasının açıqladığı protokolda göstərilib.
Ən çox azarkeş “Turan Tovuz” – “Sumqayıt” matçında olub. Meydan sahiblərinin 1:0 hesabı ilə qalib gəldiyi Tovuz şəhər stadionundakı matçı 4900 azarkeş izləyib.
Ən az azarkeş isə “Araz-Naxçıvan” – “Şamaxı” matçında (1:0) qeydə alınıb. Mərdəkandakı “Liv Bona Dea” stadionda keçirilən matçı cəmi 200 azarkeş tribunalardan izləyib.