“Atletiko”nun 20 yaşlı hücumçusu Samu Omorodionun “Çelsi”yə keçidi baş tutmayıb. Ötən mövsümü “Alaves”də keçirən Nigeriya əsilli oyunçu Londona getsə də, şəxsi müqavilənin şərtlərində razılaşmayıb.
Futbolinfo.az xəbər verir ki, indi tərəflər başqa bir keçid üzərində çalışır. Madridlilər “Barselona”dan icarədən qayıdan Joao Feliksi İngiltərəyə göndərməkdə maraqlıdır. “Atletiko”da sevilməyən portuqaliyalı daha öncə “Çelsi”də icarədə olub. İndi isə onun birdəfəlik transferi gündəmdədir.
İspaniya klubu londonlulardan Konor Qallaheri alıb. Bu danışıqlar məhz onun keçidinin qarşılığını vermək üçün aparılır.