“Mançester Yunayted” tezliklə 2 transferi reallaşdıracaq. İngiltərə nəhəngi “Bayern”in müdafiəçilərnin keçidini rəsmiləşdirmək üzrədir.

Futbolinfo.az xəbər verir ki, çoxdandır Matis de Lixt və Nassar Mazrauni heyətinə qatmaq istəyirdi. Almanya klubu nəhayət, indi bu transferlərə razılıq verib. Münhendə xoşbəxt olmayan cütlük Premyer Liqada oynamaq üçün əməli addım atır.

Hər iki futbolçu bu gün tibbi müayinədən keçəcək. Daha sonra transferlərin detalları açıqlanacaq.

Hər iki futbolçu 2022-ci ildə “Bayern”ə transfer olmuşdu. De Lixt 5, Mazraui 4 illik müqavilə bağlamışdı.

Shares: