“Napoli” 3 transferi birdən reallaşdıracaq. İtaliya klubu yeni mövsümdə daha iddialı olmaq üçün heyəti gücləndirir.
Futbolinfo.az xəbər verir ki, neapollular komandada qalmaq istəməyən Viktor Osimheni satmaqla yeni transferləri reallaşdıracaq. Artıq alınması planlanan futbolçularla razılıq əldə edilib. Nigeriyalı forvardın satışından əldə ediləcək gəlir bütün problemləri yoluna qoymaq üçün kifayət edəcək.
“Benfika”dan David Neres, “Brayton”dan Bili Gilmourun razılığı alınıb. İndi əsas hədəf “Çelsi”dən Romelu Lukaku transferini həll etməkdir. Osimhen üçün PSJ-nin 100 milyon avro təklif etdiyini nəzərə alsaq, bütün məsələlər avqustun sonunadək yoluna düşməlidir.